Bakıda Xəzər Dənizi ölkələrinin Xarici İşlər nazirlərinin müavinlərinin növbəti toplantısı keçiriləcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən MİA-ya verilən xəbərə görə, tədbirin açılışında Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini Xələf Xələfov çıxış edəcək. Tədbirin nəticələrinə həsr edilmiş mətbuat konfransını Azərbaycan tərəfindən Xarici İşlər Nazirinin müavini Xələf Xələfov aparacaq. Qeyd edək ki, toplantı noyabr ayının 3 və 4-də keçiriləcək. Məqsəd isə Xəzər Dənizinin təhlükəsizliyi sahəsində əməkdaşlığın müzakirə edilməsidir.