ABŞ prezidenti Donald Tramp "G7” sammitinin keçirilməsini təşkil edən Kanadanı tənqid edərək sammitin birgə bəyanatını imzalamaqdan imtina edib.

Donald Tramp Kanadanın baş naziri Castin Tuderin keçirdiyi mətbuat konfransında ABŞ-ı qaralamaqda ittiham edib. Budəfəki "G7″ sammiti ticarət tarifləri məsələsi ətrafında yaranmış mübahisələrə görə anlaşımazlıq şəraitində keçib. 

Baş nazir Caster Tuder isə ABŞ-ın atdığı addımlara cavab olaraq iyulun 1-dən Kanada tərəfindən xarici ticarətdə yeni tariflərin yeridiləcəyini vəd edib.

"Təəssüf, amma biz iyulun 1-dən qətiyyətli addım atacağıq”, –  Tuder keçirdiyi mətbuat konfransında bildirib.

Kanadanın baş naziri Tuder ABŞ prezidi Donald Trampın xarici ticarətdə yeni tariflər yeritmək qərarını və bunu milli təhlükəsizlik maraqları ilə əsaslandırmasını "həqarət” adlandırıb/Strateq.az.