Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov iyunun 8-də Hafiz Yaqubovun ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Mia.az-ın məlumatına görə, Vasif Talıbovun digər fərmanına əsasən, Mayis Əliyev Naxçıvanın ekologiya və təbii sərvətlər naziri təyin edilib.

Qeyd edək ki, M.Əliyev bundan əvvəl  həmin nazirlikdə şöbə müdiri vəzifəsində çalışıb.