Akademik Milli Dram Teatrı ilə Təhsil Nazirliyinin birgə layihəsi çərçivəsində tədbir
Təhsil Nazirliyi və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının birgə layihəsi çərçivəsində ilk tədbir keçirilib. 31 nömrəli orta məktəbdə təşkil olunmuş tədbirdə teatrın aktyorlarından xalq artistləri Hacı İsmayılov, Ramiz Məlik, Zemfira Nərimanova, Əməkdar Artist Azər Mirzəyev iştirak ediblər.
Görüşdə şagirdləri maraqlandıran suallar cavablandırılmış, aktyorlar məktəb illərində başlarına gəlmiş maraqlı əhvalatlardan, eləcə də teatr və kino sahəsindəki uğurlarından, gələcək planlarından söz açıblar.
Xalq Artisti Zemfira Nərimanova görüşün keçirilməsindən məmnunluğunu ifadə edərək demişdir ki, uzun müddətdir bu cür tədbirlərin həsrətindəydik. Buraya gələndə görüşün çox məsuliyyətli olduğunu hiss etdim. Əgər illər keçdikdən sonra bugünkü söhbətimizdən burada iştirak edən uşaqların yaddaşında nə isə qalacaqsa, deməli, görüşümüz səmərəli olmuşdur.
Z.Nərimanova bildirmişdir ki, milli teatrımızın görkəmli simaları Həsənağa Turabov, Ramiz Məlik, Həsən Əbluc və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov bu görüşün keçirildiyi 31 nömrəli məktəbdə təhsil alıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47