Əbülfəs Qarayev: "2010-cu ildə mədəniyyət xərcləri ötən ilə nisbətən 13 faiz artıb"
Bu gün Milli Məclisin Elm və təhsil, Regional məsələlər və Mədəniyyət komitələrinin birgə iclası keçirilib. İclasda 2011-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə olunub.
Maliyyə nazirliyinin şöbə müdiri Xəqani Rzayev iclasda çıxış edərək 2011-ci ilin dövlət büdcəsi haqqında ətraflı məlumat verib.
Onun sözlərinə görə, Dövlət Neft Fondundan gələn ilin dövlət büdcəsinə köçürmələrin artırılması nəzərdə tutulur. Bu da 2011-ci ildə neft-qaz satışından əldə olunan olunan gəlirlər hesabına təmin ediləcək.
İclasda iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə ötən il ilə müqayisədə 2010-cu ildə mədəniyyət sahəsində xərclərin 13 faiz artdığını bildirib. Nazir 2011-ci ilin dövlət büdcəsində mədəniyyət və turizm sahəsinə ayrılmış vəsaitlə bağlı da öz fikirlərini bildirib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47