Azərbaycanda zəlzələ olub.
Mia.az xəbər verir ki, zəlzələ ölkənin Şimal-Qərb bölgəsində baş verib. Yeraltı təkanlar 22:40 radələrində qeydə alınıb. Zəlzələ daha çox şimal-qərb bölgəsində - Şəki, Qax, Balakən, Zaqatala, habelə Göyçay və digər ətraf rayonlarda da hiss olunub.
AMEA-nın Respublika Seysmologiya Xidmət Mərkəzi Azərbaycanda baş vermiş zəlzələ ilə bağlı rəsmi məlumat yayıb. zəlzələ, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 22:40-da Zaqatala ərazisində qeydə alınıb.
Yeraltı təkanlar yeni 2 km dərinliyində 5,5 maqnituda gücündə olub.