Bu gün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Rusiya Federasiyası Federasiya Şurası müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini Viktor Maslovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən MİA-ya verilən xəbərə görə, görüşdə regiondakı hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbayjan, Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Rusiyanın Azərbayjandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin iştirak edib.