Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin sabiq Aparat rəhbəriƏjdər Cəbiyevin(Əjdər Ol) yaxın qohumunu tutduğu vəzifədən azad edib.

Mia.az sfera.az-a istinadən xəbər verir ki, yeni nazirin əmri ilə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin müdiri Nazim Hüseynov fəaliyyətində yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.

Qeyd edək ki, Nazim Hüseynov Əjdər Cəbiyevin bacısı oğludur.