Yeni Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev daha bir rəhbər şəxsi tutduğu vəsifədən azad edib.

Mia.az unikal.org-a istinadən daxil olan məlumata görə, İsmayıllı Məşğulluq Mərkəzinin direktoru Həsənov Həsənov vəzifəsindən kənarlaşdırılıb. 

Onun yerinə isə Sahil Babayevin müvafiq əmri ilə Qadir Əbdüləzizov təyin edilib.

Qeyd edək ki, adıçəkilən şəxs şair, hazırda səhhətində problemlər olan Musa Yaqubun bacısı oğludur.