Fövqəladə hallar naziri Kəmaləddin Heydərov mediada və sosial şəbəkələrdə müzakirələrə səbəb olan kitabın müəllifi polkovnik-leytenant Əbülfəz Kazımovu işdən çıxarıb.

Nazir baş verənlərə təcili münasibət göstərərək kitabında intim məsələlərə yer ayıran məmuru vəzifəsindən azad edib. Sözügedən kitabın FHN-in Mülki Müdafiə Qoşunlarının hərbi hissələrinə necə yol tapması ilə bağlı araşdırmalar aparılıb/qafqazinfo

Qeyd edək ki, ''Mühərrik yağları konkret maşınlarda tətbiqi. Daxiliyanma mühərrikinin quruluşu. Yanma prosesi'' adlanan kitabda kişi-qadın münasibətləri, cinsi həyat, seksual-dini məsələlər yer alıb.


Məlumata görə, K.Heydərov Ə.Kazımovu FHN-dən uzaqlaşdırıb. Kitab əsasən FHN-nin Mülki Müdafiə Qoşunlarının hərbi hissələrinə paylanıb. Xəbərə görə, kitabı oxuyanlar şoka düşüb.

Maşın və mühərrik haqda olan kitabda kişi-qadın münasibətləri, cinsi həyat, seksual-dini məsələlər yer alıb.

Kitabın səhifələrindən birində müəllif yazıb: "Həya on qisimdir. Onun biri qız aybaşı olarkən gedər; ikincisi ərə gedərkən; üçüncüsü uşaq doğarkən; qalanlarını isə qadın özü ilə qəbrə aparar”.

Daha sonra müəllif yazır: ”40 gün dalbadal ət yeyənin əxlaqı, 40 gün dalbadal ət yeməyənin səhhəti pozular”.

Digər səhifədə müəllif mühərrik yağlarından yazaraq belə bir nəticəyə gəlir: "Çalışın təzə maşın alın. Heç bakirə qızla dul arvad eyni ola bilərmi?

Sevgili peyğəmbərimiz Həzrəti Muhəmməd səlləlləhu əleyhi və alihi və səlləm buyurur: ”istəyirsən cavan qalasan, bakirə qızla evlən”. Bəziləri köhnə maşın alanda xalat istəyirlər. Məgər dul arvada toy edirlər?”.