Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin olunub.
Mia.az-ın məlumatına görə, prezident İlham Əliyevin sərəncamı ilə Ceyhun Valeh oğlu Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilib.
1975-ci il təvəllüdlü Ceyhun Məmmədov Xəzər Universitetində təhsil alıb. O, ilahiyyat üzrə fəlsəfə doktorudur. 14 kitabı çap olunan C. Məmmədov həmçinin ərəb dili üzrə tərcüməçilik fəaliyyətilə məşğuldur.
Yeni rektorun son iş yeri AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu olub. O, bu institutda böyük elmi işçi olaraq fəaliyyət göstərib.
