Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Rəyasət Heyətinin üzvü, Qarabag savaşında yaralanmış ilk jurnalist Xəqani Rzaquliyev ?Qarabağ? Seçki Blokunun 10 sayl üçüncü Binəqədi seçki dairəsi üzrə vahid namizədi, Aydınlar Partiyası sədrinin birinci müavini Qorxmaz İbrahimlinin seçki qərargahına qatılıb. Onunla yanaşı, Bakı və Binəqədidə yaşayan Qarabağ qaziləri də Qorxmaz İbrahimlini dəstəkləmək barədə qərar qəbul edib. Xəqani Rzaquliyevin sözlərinə, Qorxmaz İbrahimli Qarabag savaşının ilk günlərindən könüllü olaraq döyüş bölgəsinə yollanıb, sakit tələbə həyatını təhlükəli əsgər həyatı ilə əvəzləyib: ?Qorxmaz İbrahimli təmannasız olaraq Qarabag savaşının iştirakçısı olub və atəşkəs dövründə müharibə veteran statusunu belə almaqdan imtina edib. Ona görə də keçmiş döyüşçü kimi Q.İbrahimlini dəstəkləməyi özümüzə borc bildik. Qarabag savaşı hələ bitməyib, Q.İbrahimli kimi vətənpərvərləri dəyərləndirmək gənc nəsilə örnək baxımından da önəmlidir. Bunu nəzərə alıb Qorxmaz bəyin seçki qərargahına qatılmaq barədə qərar qəbul etdik?.