Prezident İlham Əliyev bu gün bir neçə nəfərin təltif olunması ilə bağlı sərəncam imzalayıb.

Mia.az bildirir ki, sərəncama əsasən, "Xəzər Neft və Qaz” sərgi-konfransının 25 illiyi münasibətilə Azərbaycanın nailiyyətlərinin təbliğində və xarici ölkələrlə əməkdaşlığının möhkəmləndirilməsində xidmətlərinə görə Strahan Edvard Corc Dankan "Dostluq” ordeni ilə təltif edilib.

***

Prezident İlham Əliyevin digər sərəncamı ilə "Xəzər Neft və Qaz” sərgi-konfransının 25 illiyi münasibətilə Azərbaycanın nailiyyətlərinin təbliğində və xarici ölkələrlə əməkdaşlığının möhkəmləndirilməsində xidmətlərinə görə Vud Endryu Marli "Dostluq” ordeni ilə təltif olunub.

***

Prezidentin başqa bir sərəncamı ilə Xəzər Neft və Qaz” sərgi-konfransının 25 illiyi münasibətilə və Azərbaycanda sərgilərin təşkilində xidmətlərinə görə Fərid Adil oğlu Məmmədov "Tərəqqi” medalı ilə təltif edilib.