Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 20-də hava şəraitinin buludlu olacağı, səhər və axşam bəzi yerlərdə yağış yağacağı, şimal-şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 13-15, gündüz 19-21 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında qısamüddətli yağış yağacağı, qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 14-19, gündüz 25-30, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoz Abşeron yarımadasında mülayim payız havası meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, rütubətli havaların üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.[center][/center][center][/center]