AXCP-Müsavat siyasi partiyalar blokunun emblemi təsdiq edilib
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. MSK-nın mətbuat xidmətindən MİA-ya verilən xəbərə görə, əvvəlcə AXCP-Müsavat siyasi partiyalar blokunun emblemi təsdiq edilib.
Sonra iclasda Milli Məclisə keçirilən seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Müraciətlərdən 2-si təmin edilərək müvafiq dairə seçki komissiyasının qərarı ləğv olunmuş, digər müraciətlər isə əsassız olduğundan təmin edilməyib.
Komissiyanın iclasında cari məsələlərə də baxılıb.
İclasda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08