Millət vəkili, Azərbaycanın tanınmış cərrahı Rəşad Mahmudov Bakı Ürək Mərkəzinin rəhbərliyindən uzaqlaşdırılıb.
Mia.az bu barədə Səhiyyə naziri Oqtay Şirəliyev dünən sərəncam imzalayıb.
Xəbəri Rəşad Mahmudov mia.az-a təsdiqləyib.
Onun sözlərinə görə, Bakı Ürək Mərkəziylə bağladığı müqavilənin müddəti mayın 18-də bitib.
"Müqavilənin müddətinin bitməsi səbəbindən həmin müqaviləyə qarşılıqlı olaraq xitam verildi"-deyə kardiocərrah əlavə edib.
Qeyd edək ki, son vaxtlar Rəşad Mahmudov səhiyyə naziri vəzifəsinə iddialı şəxs kimi təqdim edilirdi.
Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində "Ürək Mərkəzi” ötən ilin may ayında yaradılıb. Mərkəzə həmin gündən Rəşad Mahmudov rəhbərlik edirdi.