Milli Məclisin bu gün keçirilən iclasında birinci vitse-spiker Ziyafət Əsgərov deputatlara irad tutub.

Mia.az-ın məlumatına görə, gündəlikdəki məsələnin müzakirəsi zamanı Z. Əsgərov deputatların çıxış zamanı gündəlikdən yayınmasını etiraz edib.

O, Zahid Orucun çıxışından sonra onun qismində digərlərinə də irad tutub: 

"Burda AZAL-dan danışdınız, təyyarədən danışdınız, Gürcüstandan danışdınız, amma gündəlikdəki məsələ qaldı qıraqda. Heç hənanın yeridir? Bəsdirin də, mövzudan nə qədər yayınmaq olar?”.