Azərbaycanda vəfat etmiş 181 nəfərə qanunsuz olaraq pensiya yazılıb.
Bu barədə "Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında” adlı hesabatında qeyd olunub.
Auditin başlanıldığı tarixə 181 halda pensiya alan şəxslərin vəfat etdiyi tarixdən sonra hesabların bağlanılmadığı, həmin hesablara ödənişlərin davam etdirilərək 624,5 min manat, 35 şəxsin, eyni zamanda Fondun iki müxtəlif yerli orqanından əmək pensiyası aldığı və nəticədə onlara ikiqat pensiya ödənilərək, ümumilikdə 319,1 min manat məbləğində vəsait ödənildiyi məlum olub.
Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondu uzun illər eks-əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun birbaşa nəzarətində olub.