Prezident İlham Əliyev bu gün XİN-lə bağlı fərman imzalayıb.

Mia.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 16 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanında qeyd ounur ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 913-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 16 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 22; 2005, № 10, maddə 910; 2008, № 11, maddə 970; 2009, № 2, maddə 59, № 7, maddə 532, № 12, maddə 983; 2010, № 11, maddə 964; 2011, № 2, maddə 85, № 6, maddə 493; 2015, № 9, maddə 986) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”nin 9.3-1-ci yarımbəndi ləğv edilsin.

*** 

Prezident İlham Əliyev daha bir fərman imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 fevral tarixli 532 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanında qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 913-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 fevral tarixli 532 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 98; 2009, № 2, maddə 59; 2010, № 11, maddə 968; 2012, № 11, maddə 1107; 2013, № 10, maddə 1153; 2014, № 9, maddə 1058; 2015, № 6, maddə 701; 2016, № 2 (II kitab), maddə 272) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 14.23-cü yarımbənddən "və müvafiq inzibati xətalara görə tutulan inzibati cəriməni” sözləri çıxarılsın.

2. 15.5-1-ci yarımbənd ləğv edilsin.