Azərbaycanda ötən gecə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ yerli vaxta saat 00:52:12-də Ağdamdan 7 km şimalda, Ağdam ərazisində zəlzələ qeydə alınıb. 

Zəlzələ episentrdə və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Zəlzələnin episentri 25 kilometr dərinlikdə qeydə alınıb.