Saxlama müddəti ötmüz 2,5 ton ərzaq məhsulları satızdan çıxarılaraq məhv edilib
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.
Nazirlikdən verilən məlumata görə, monitorinq zamanı Bakının Nəsimi rayonunda A.Mustafayev küçəsi, ev 30/14 ünvanında Lətif Mehdizadəyə məxsus topdansatış obyektində, Yasamal rayonunda H.Cavid prospekti, ev 80, mənzil 17 ünvanında yerləşən ?Sizin market?də, ev 78 ünvanındakı ?Qastronom?da, ev 68V ünvanında yerləşən ?Fidan market?də, H.Zərdabi prospekti, ev 70 ünvanında Fərhad Cəfərova məxsus mağazada, Gəncə şəhərində Azərbaycan küçəsi, 131 ünvanında Emin Bayramova məxsus mağazada, Kürdəmir rayonunda Dəmir Yol Vağzalının yaxınlığındakı Eldar Məmmədova məxsus mağazada, Cəlilabad rayonunda H.Əliyev prospektində Zaur Cəfərova məxsus mağazada, Qax rayonunda Ü.Hacıbəyov küçəsində yerləşən ?Fidan? mağazasında, ümumi çəkisi 2,5 ton olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, un məmulatları, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19