Oktyabrın 27-də Bakıdakı ?Avropa? otelində Azərbaycan-Çexiya biznes-forumu keçiriləcək. Forum Çexiyanın Azərbaycan respublikasındakı səfirliyi, Xəzər-Avropa işgüzar inteqrasiya klubu, Çexiya Respublikasının MDB ölkələri üzrə ticarət-sənaye palatası tərəfindən təşkil edilir. Forumun işində Azərbaycanın, Xəzər-Qara dəniz regionu ölkələrinin işgüzar dairələrinin nümayəndələri, eləcə də Azərbaycanda sahibkarlıq fəaliyyəti göstərən Çexiya şirkətlərinin nümayəndələri iştirak edəcəklər. Forumda işgüzar əməkdaşlıq məsələləri müzakirə ediləcək, sahibkarlar arasında biznes danışıqları aparılacaq.