Dövlət Miqrasiya Xidmətinin yeni rəisi Vüsal Hüseynov artıq ciddi kadr islahatlarına başlayıb.
Mia.az-ın qafqazinfo-ya istinadən məlumatına görə, yeni rəisin kadr islahatları çərçivəsində bir neçə şəxs vəzifəsindən kənarlaşdırılıb.
Miqrasiya Nəzarəti Baş İdarəsinin rəisi Rövşən Səfərov, bu idarənin rəis müavini, Qanunsuz miqrasiya hallarının aradan qaldırılması idarəsinin rəisi Qüdrət Məmmədov, Miqrasiya proseslərinin təhlili və informasiya təminatı Baş İdarəsinin rəisi Mehman Səfərov tutduqları vəzifələrdən azad ediliblər.
İşdən çıxarılanlar arasında həmçinin daxili təhlükəsizlik idarəsinin rəisi və müavini, Qanunsuz miqrantların saxlanılması mərkəzinin rəisi və 2 əməkdaşı da var.
Mia.az xəbər verir ki, işdən çıxarılan Rövşən Səfərovla Mehman Səfərov doğma qardaşdır.
Rövşən Səfərov Dövlət Sərhəd Xidmətindən işdən azad olunduqdan sonra keçmiş rəis Firudin Nəbiyev tərəfindən işə alınıb. Səbəb isə onun Nəbiyevin qohumu ilə sonradan ailə qurması olub: "Hazırda bu qurumda DSX rəisi Elçin Quliyevlə Firudin Nəbiyevin onlarla qohumu və yaxın ətrafı işləyir. Yəqin ki, yeni xidmət rəisi narazılıqların başında durun bu komandanın bütün üzvləri ilə yolları ayıracaq".
Mia.az