Bu gün Şəkidən 24 km şimal-qərbdə, Şəki rayonu ərazisində zəlzələ qeydə alınıb.

Bu barədə "Report”a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Yerli vaxtla saat 10:12-də qeydə alınan zəlzələ hiss olunmayıb.

18 km dərinlikdə  baş verən zəlzələnin maqnitudası 3 olub.