Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin daha bir departament direktoru işdən çıxarılıb.

Mia.az "report”a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Komitəsinin sədri Rövşən Rzayev əmr imzalayıb. Əmrə əsasən, qurumun Beynəlxalq Əməkdaşlıq, İctimiayyət və Mətbuat Xidməti Departamentinin direktoru Elçin Qədimov vəzifədən azad olunub.

Rövşən Rzayev daha bir əmr imzalayıb. Əmrə əsasən, İbrahim Mirzəyev qurumun Beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti departamentinin direktoru təyin edilib.

1980-ci il təvəllüdlü İbrahim Elman oğlu Mirzəyev əvvəllər müxtəlif mətbuat orqanlarında, o cümlədən AzTv-də işləyib.

Qeyd edək ki, Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti departamentinin direktoru Elçin Qədimov işdən çıxarılıb.

Xatırladaq ki, prezident seçkilərindən sonra hökumətin formalaşdırılması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Rövşən Şükür oğlu Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Qeyd edək ki, bundan əvvəl Dövlət Komitəsi sədrinin köməkçisi Əkbər Əkbərov, qurumun Mənzil istismar departametinin direktoru Akif Mirzəyev və Repatriasiya Departamentinin direktoru Elman İsmayılov işdən çıxarılıblar.