15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Müsavat Partiyasının başqanı İsa Qəmbərin namizədliyi bu gün qeydə alınıb. MSK-nın "Seçkilər" İnformasiya Mərlkəzindən MIA-ya verilən məlumata görə, həmin dairədən namizədliyi irəli sürülən Xalq Hərəkatının liderlərindən olan Nemət Pənahlının da namızədliyi qeydə alınıb. Qeyd edək ki, Müsavat başqanı seçkilərə 15 saylı Yasamal birinci seçki dairəsindən AXCP-Müsavat blokunun vahid namizədi kimi qatılıb.