2011-ci ildə sosial yönümlü xərclərin dövlət büdcəsindəki xüsusi çəkisi 33,3 faiz olacaq
2011-ci ildə sosial yönümlü xərclərin dövlət büdcəsindəki xüsusi çəkisi 33,3 faiz olacaq. Bu barədə Maliyyə Nazirliyinin şöbə müdiri Xəqani Rzayev məlumat verib. X.Rzayev bildirib ki, gələn ilin büdcəsində sosial məqsədlər xərclər 4 milyard 234 milyon manat olacaq.
Onun sözlərinə görə, bu sahəyə ayırmalar 2010-cu illə müqayisədə 8,8 faiz artırılacaq. ?Əhalinin sosial rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ölkə Prezidenti tərəfindən son günlərdə əməkhaqlarının artırılması ilə bağlı verilən sərəncamların maliyyələşdirilməsi üçün müvafiq vəsaitlər nəzərdə tutulub ki, bu da təqribən 3 milyon nəfərə yaxın insanın güzəranının yaxşılaşdırılmasına imkan verəcək?- deyə X.Rzayev qeyd edib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08