Prezident İlham Əliyev aprelin 21-də və 23-də Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncamlar imzalayıb. Sərəncamlara əsasən, yeni Baş nazir təyinatı həyata keçirilib və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri təsdiqlənib.
Maraqlıdır, Nazirlər Kabinetinin yeni tərkibdə ilk iclası nə zaman keçiriləcək? Yeni Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin Aparatın tərkibində dəyişikliklər edəcəkmi?
Akif Əli Nazirlər Kabinetinin iclaslarının bir qayda olaraq ölkə Prezidenti tərəfindən keçirildiyini bildirib.
"Nazirlər Kabinetinin ilk iclası həmişə cənab Prezident tərəfindən keçirilir. Nazirlər Kabinetinin yeni formalaşmış tərkibdə iclasının nə zaman keçiriləcəyi ilə bağlı məlumatım yoxdur”.