Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAn Xidmət) yeni sədri kollektivə təqdim olunub.
Mia.az bildirir ki, Dövlət Agentliyinin yeni sədri Ülvi Mehdiyevi kollektivə Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov təqdim edib.
Xatırladaq ki, Prezident İlham Əliyevin aprelin 27-də imzaladığı sərəncamı ilə Ülvi Ramiz oğlu Mehdiyev ASAN Xidmət-in yeni sədri təyin olunub. Bu xidmətin keçmiş sədri İnam Kərimov isə kənd təsərrüfatı naziri vəzifəsinə aparılıb.