Bu gün 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizəd olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin deputatlığa namizədi qeydə alınıb. Əli Kərimlinin seçki qərargahından MİA-ya verilən məlumata görə, imzatoplama kampaniyasi oktyabrın 2-də baça çatıb və sənədləri DSK-ya təqdim ediblər. Qeyd edək ki, Ə.Kərimlinin namizədliyi AXCP-Müsavat seçki bloku tərəfindən irəli sürülüb.