Cənubi Koreya və KXDR prezidentləri Mun Çje İn və Kim Çen In arasında sərhəddə yerləşən Pxanmuncom kəndində aparılan danışıqların birinci mərhələsi başa çatıb.

"Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, KXDR və Cənubi Koreya liderləri Kim Çen In və Mun Çje İn hərbi demarkasiya sərhədində bir-biri ilə salamlaşıblar və əl sıxıblar.

"Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, tərəflər məntəqənin demilitarizasiya zonasının cənub hissəsində Cənub və Şimal arasında münasibətlərin yaxşılaşdırılması, sülh və birləşmə perspektivləri barədə danışıqlar aparıblar.

Şimali Koreya lideri və rəhbərlik etdiyi nümayəndə heyəti öz maşınları ilə nahar fasiləsi üçün Pxanmuncom hərbi demarkasiya xəttini keçərək şimala qayıdıb.

Onun avtomobilini qaçan mühafizəçilər müşayiət edib.