Milli Məclisin bugünkü iclasında MSK-da boş qalmış yerlərə nümayəndələrin təsdiq edilməsi məsələsinə baxılıb. Milli Məclisdə azlıqda təmsil olunan partiyaların nümayəndələrindən Gülağa Aslanlı (Müsavat Partiyası) və Mikayıl Rəhimli (BAXCP), bitərəflərin nümayəndəsi olaraq isə ixtisasca hüquqşünas olan Arifə Ağaverdi qızı Muxtarova MSK-ya üzv təsdiqlənib. Deputatlardan 93-ü lehinə səs verib, 1 nəfər bitərəf qalıb. Beləliklə, MSK tam tərkibdə formalaşıb.