"Ermənistanın kriminal hərbi-siyasi rejimi son günlər güclənən kütləvi xalq etirazlarından ictimaiyyətin diqqətini yayındırmaq məqsədilə çirkin, yalan və təxribat xarakterli müxtəlif məlumatlar yayır".
Mia.az xəbər veirr ki, bu sözləri Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin əssasız iddialarınI şərh verərkən bildirib.
Nazirlik bildirib ki, Ermənistan mətbuatında guya qoşunların təmas xəttinə yaxın ərazilərdə Azərbaycan Ordusunun canlı qüvvə və döyüş texnikasının aktiv hərəkəti barədə yayılan məlumatların heç bir əsası yoxdur.