Xəbər verdiyimiz kimi, bu gün Prezidentin təqdimatı ilə Milli Məclis Baş nazir vəzifəsinə Novruz Məmmədovun namizədliyini təsdiq edib.

Mia.az xəbər verir ki, o, parlamentdə yeni postunda ilk çıxışını edib:

"Düzü bu günə qədər danışmağı sevirdim, indi başqa sahəyə keçirəm. Daha çox işləmək lazımdır. Mən ilk növbədə,Mən bu etimada görə cənab Prezidentə dərin təşəkkürümü bildirirəm. 

Mürəkkəb geosiyasi məkanda yerləşməsinə baxmayaraq, Azərbaycan bu gün dünya miqyasında özünün yeri, mövqeyi olan bir ölkədir. Bəlkə də tarixdə dünyada gedən proseslərdə bu günki qədər gərginlik olmayıb. Belə bir vəziyyətdə mürəkkəb geosiyasi məkanda yerləşən Azərbaycanda sabitliyin, təhlükəsizliyin, dinamik inkişafın davamı bizim hər birimizin qarşısına çox böyük vəzifələr qoyur. 

Mən çalışacam ki, üzərimə qoyulan bu vəzifənin icrası üçün Azərbaycanın dövlət strukturları ilə sıx əməkdaşlıq şəraitində əlimdən gələni edim”.

Mia.az Qafqazinfo-ya istinadən yeni Baş nazirin çıxışını təqdim edir: