Milli Məclisin bugünkü iclasında Baş nazir təyinatına baxılacaq.

Modern.az-ın əldə etdiyi eksklüziv məlumata görə, Azərbaycan Respublikasının Baş naziri postuna namizəd Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədovdur.

Qeyd edək ki, Azərbaycan Konstitusiyasının 109-cu maddəsinə görə, Baş nazirin namizədliyini prezident irəli sürür. Və həmin namizəd Milli Məclisə təqdim edilir.

Onu da qeyd edək ki, bu gün Prezident Artur-Rasi-zadə ilə görüşübb və ona indiyədək göstərdiyi fəaliyyətə görə təşəkkür edib.