Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının 41-ci Prezidenti Corc Herbert Uoker Buşa başsağlığı məktubu ünvanlayıb. 

Başsağlığı məktubunda deyilir: 

"Zati-aliləri,

Həyat yoldaşınız xanım Barbara Buşun vəfatı xəbəri məni son dərəcə kədərləndirdi.

Bu ağır anlarda dərdinizi bölüşür, əvəzsiz itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm".