Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan MHP sədri Dövlət Baxçalı ilə görüşdən sonra erkən seçki qərarı verib.
Mia.az Türkiyə mətbuatına istinadən bildirir ki, Ərdoğan bu barədə açıqlama verib.
O, deyib ki, Türkiyədə 2018-ci ilin iyunun 24-də prezident və parlament seçkisi keçirəcək.
Qeyd edək ki, növbədənkənar seçki tələbini MHP sədri irəli sürmüşdü. O, Türkiyənin avqust ayının 26-da erkən seçki keçirməsinin vacibliyini bildirmişdi. Həmin vaxtə Ərdoğan bu tələbin ikili arasında görüşdən dəyərləndirəcəklərini demişdi.