"Seçkilər ədalətli və şəffaf şəkildə keçirilib".
Mia.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev andiçmə mərasimində deyib.
Dövlət başçısının sözlərinə görə, aprelin 11-də keçirilən Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib: "Azərbaycan xalqı görülən işlərə yüksək qiymət verib, görülən işlərə səs verib, inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs verib. Seçkilər ədalətli və şəffaf şəkildə keçirilib. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş "exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşür. Bu, bir daha onu göstərir ki, seçkilər xalqımızın iradəsini, onun fikirlərini əks etdirir".