Polis Yerevanın mərkəzində Serj Sərkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları davam edir.
Mia.az xarici mətbuata istinadən bildirir ki, aksiyalar davam edərəkən, polis qüvvələri də bir yandan etirazçıların həbsinə başlayıb.
Məlumata görə, polis bu gün daha 40 etirazçını həbs edib.
Xatırladaq ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın baş nazir təyin olunması əleyhinə keçirilən etiraz aksiyaları aprelin 13-dən başlayıb. Müxalifət Sarkisyanı ölkəni qeyri-effektiv idarə etməkdə və iqtisadi vəziyyətin pisləşməsində ittiham edir. Aprelin 16-da parlament binasına doğru yürüş edən mitinq iştirakçıları ilə polis arasında toqquşmalar nəticəsində onlarla insan xəsarət alıb. Aprelin 17-də müxalifət lideri Nikol Paşinyan Ermənistanda "məxməri inqilabın” başlandığını bəyan edib.