Mərdəkan qəsəbəsində yaşayış evinə silahlı basqın olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, oktyabrın 5-də saat 22.05 radələrində maska taxmış 3 naməlum şəxs Mərdəkan qəsəbəsində yaşayan Ələsgər Qocamanovun evinə girib. Onlar Ə.Qocamanovu, onun arvadı Rəfiqəni, habelə onlarda qonaq olan Səidə Əliyarbəyovanı və Aynur Cabbarlını bıçaqla hədələyib əl-ayaqlarını yapışqanlı lentlə bağlayaraq evdən 50.000 manat dəyərində qızıl əşyaları aparıblar. Faktla bağlı Xəzər rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.