Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycanda yağan aramsız yağışların ölkənin cənub və qərb bölgəsində törətdiyi fəsadlarla bağlı açıqlama yayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 4-5-də ölkə ərazisində yağan yağışlar nəticəsində Lənkəran və Gəncə şəhərlərində bəzi ərazilər yağış suları ilə dolub. Yaranmış vəziyyətlə əlaqədar qeyd olunan şəhərlərdə FHN-in müvafiq regional mərkəzlərinin qüvvələri küçə və yaşayış evlərinin həyətlərinin yağış sularından təmizlənməsini həyata keçirib. Onlar su kanalına və arxa düşmüş avtomobilləri sudan çıxarıblar.