1399 nəfərin deputatlığa namizədliyi təsdiq edilib. Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən MIA-a verilən məlumata görə, 1355 nəfər imza vərəqi götürüb. 634 nəfər imza vərəqələrini və digər zəruri sənədləri dairə seçki komissiyalarına təhvil verib. 359 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Qeydə alınanlar arasında 21 siyasi partiyanın təmsilçiləri var. Mətbuat xidmətindən o da bildirilib ki, seçkiləri müşahidə etmək üçün MSK-da 944 nəfər qeydiyyatdan keçib. Dairə Seçki Komissiyalarında isə 2700 nəfər müşahidəçilik üçün müraciət edib ki, onların da 1684-ü siyasi partiyaları təmsil edir.