Bakıda, Yasamal rayonundakı "Məhsul” stadionunda Milli Şura və Müsavat Partiyasının birgə mitinqi başlayıb. Aksiyanın əvvəlində Azərbaycan himni oxunub.
Mitinqin aparıcısı Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) təmsilçisi İlham Hüseyn olub.
"Biz bu mitinqi seçki tamaşasından 3 gün sonra keçiririk” – mitinqin aparıçısı İlham Huseyn deyib.
Onun bildirməsinə görə, Azərbaycan xalıq bir daha gördü ki, hakimiyyət rəqabətsiz, alternativsiz mihitdə belə saxtakarlıq etmədən seçki keçirə bilmir: "Özləri seçdilər, özləri təsdiqlədilər, özləri bayram etdilər. Hətta bəzi deputatlar qol götürüb oynadılar da. Amma onlar Qarabağı işğaldan azad etdiklərinə görə, oynamırdılar. Seçki qutularını işğal etdiklərinə görə, oynayırdılar”
Mitinqdə AXCP sədri Əli Kərimli çıxış edib. AXCP sədri 11 aprel seçkisini xalqın boykot etdiyini, nəticələrin saxtalaşdırıldığını deyib: "Bütün dünya boyu seçki saxtakarlıqları ifşa olunub”.
Qeyd edək ki, pis hava şəraitinin mitinqin kütləviliyinə müəyyən qədər təsiri olub.


