Ziyad Səmədzadə YAP-ın vahid namizədini qabaqladı
23 Saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizəd olan Milli Məclisin İqtisadi siyasət Komitəsinin sədri Ziyad Səmədzadənin namizədliyi qeydə alınıb.
Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, deputat sentyabrın 27-də qeydə alınsa da, MSK-nın saytında bu barədə məlumat bu gün yerləşdirilib. Qeyd edək ki, həmin dairədən hakimi Yeni Azərbaycan Partiyasının vahid namizədi Zəfər Qurbanovdur. Amma Z.Səmədzadə daha çevik tərpənərək Z.Qurbanovu qabaqlayıb. Belə ki, YAP-ın namizədlərinin əksəriyyəti qeydə alınsa da, Z.Səmədzadənin alternativi olan Z.Qurbanov hələ də qeydə alınmayıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08