Azərbaycanda prezident seçkiləri ilə əlaqədar keçirilən səsvermənin növbəti ilkin nəticələri açıqlanıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib ki, hazırda 3 milyon 962 min 96 səsvermə bülleteni sayılıb və Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev 86.03% səs toplayıb.

Digər namizədlər isə aşağıdakı şəkildə səs toplayıblar: 

Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc – 3.11%,

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev – 3.02%,

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 3.03%,

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1.52%,

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə - 1.38%,

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1.17%

"Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev – 0.74%.