Rusiya prezidenti Vladimir Putin İlham Əliyevə Azərbaycan Respublikasının prezidenti seçilməsi münasibətilə təbrik teleqramı göndərib.
Rusiya prezidenti seçkilərdə inamlı qələbənin qazanılmasının İlham Əliyevin yüksək siyasi avtoritetə malik olduğunu və iqtisadi-sosial məsələri, xarici siyasətdəki hədəfləri düzgün müəyyənləşdirdiyinin sübutu adlandırıb.
Putin Moskva ilə Bakı arasında mehriban qonşuluq münasibətlərinin daha da möhkəmlənəcəyinə ümidini ifadə edib.