"Təəssüflər olsun ki, Azərbaycanda böyük cinayət törədənlər sonra xaricə gedib qarayaxma kampaniyalarında iştirak edirlər".

Bunu bu gün Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bildirib. R. Mehdiyev deyib ki, belə insanlar yüksək mədəniyyətə malik olmadığı üçün bu yola əl atırlar: "Belə halları çox pis qiymətləndirirəm".

"Azərbaycan son 15 ildə sürətlə inkişaf edib, böyük nailiyyətlər əldə edib" - deyən R. Mehdiyev deyib ki, Azərbaycan beynəlxalq səviyyədə tanınıb: "Azərbaycanda iqtisadiyyat və sosial sahədə bir çox problemlər həllini tapıb. Ona görə də seçicilərin seçkilərdə yüksək səviyyədə iştirakı təbiidir".

"Seçkilər yüksək səviyyədə keçir. Saat 17.00-a qədər seçicilərin 70 faizi səs verib" - deyə PA rəhbəri R.Mehdiyev deyib ki, bu seçkilər tarixdə vacib hadisə kimi qalacaq/apa