Baş nazir Artur Rəsizadə prezident seçkilərində səsvermədə iştirak edib.

Baş nazir 16 saylı II Yasamal seçki dairəsinin 29 saylı seçki məntəqəsində səs verib.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov səs verib.

O, 36 saylı Xətai seçki dairəsinin 4 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev xanımı ilə sözügedən seçki dairəsinin 3 saylı məntəqəsində səs verib.

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Prezident seçkiləri ilə əlaqədar səsvermədə iştirak edib.

Mia.az report-a istinadən xəbər verir ki, o, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 7 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.

Energetika naziri Pərviz Şahbazov səs verib. O, 29 saylı Səbail seçki dairəsinin 7 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.