Prezident İlham Əliyev Kosta-Rika Respublikasının yeni seçilmiş Prezidenti Karlos Alvarado Kesadaya təbrik məktubu ünvanlayıb.

Mia.az həmin təbrik məktubunu təqdim edir:

"Zati-aliləri,

Kosta-Rika Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Kosta-Rika arasındakı münasibətlər dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul işinizdə uğurlar diləyirəm”.