Qarabağ Blokunun 63 saylı dairədən vahid namizədi, Ümid Partiyasının iqtisadi-siyasət komissiyasının sədri, ?Bizim Soy? qəzetinin təsisçiçi və baş redaktoru Razi Abasbəylinin qeydə alınmasından dünən imtina edilib. MİA-nın xəbərinə görə, səbəb kimi göstərilib ki, guya təqdim edilmiş imzaların 442-si etibarlıdır və namizədin qeydə alınması üçün cəmi 8 imza çatışmır. Qeyd edək ki, ?Seçki Məcəlləsi?nə görə, 3 gün müddətində Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər. Ona görə də günün birinci yarısında Razi Abasbəyli DSK-nın qanunsuz fəaliyyəti ilə bağlı şikayət hazırlanaraq MSK-ya təqdim ediləcək.